Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyədə fəaliyyət göstərən mobil səhra hospitallarında 260-ı uşaq olmaqla 1364 nəfərə tibbi xidmət göstərilib.
BUTA.TV xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyətini davam etdirir.
Belə ki, hospitallarda ötən günlər ərzində ümumilikdə 260-ı uşaq olmaqla 1364 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.
Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalları fasiləsiz fəaliyyətini davam etdirir.
- Ziya Məmmədov bağ evini satışa çıxardı: FANTASTİK MƏBLƏĞ - FOTOLAR
- Ramiz Mehdiyev bu vəzifəsini də itirdi
- Şah İsmayılın portretinin orijinalı - Video
- BDU-nun tələbəsi vəfat etdi - Foto
- Yollarda görmə məsafəsi məhdudlaşacaq
- Bu gündən İçərişəhərə giriş məhdudlaşdırılır
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Qəbələdə ağır qəza: ölən və yaralanan var