Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, günün ikinci yarısından başlayaraq arabir yağıntılı olacağı, gecəyə doğru isə bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.
Havanın temperaturu gecə 3-5° isti, günün birinci yarısında 8°-dək isti, axşama doğru 0-3° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında gecə və səhər əsasən şimal və qərb rayonlarında, axşama doğru isə əksər rayonlarda arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-3° şaxta olacaq.
- Ərdoğan Azərbaycana yola düşdü
- Dünyada ət niyə bahalaşır? - Araşdırma
- Zəfər Günü ilə bağlı şüarlar “Tayms” meydanında
- Azərbaycan xalqının birlik ruhunu fəxrlə yad edirik - TDT
- Ölkədə dörd günlük tətil başladı
- Mehriban Əliyevadan Zəfər Günü paylaşımı
- Azərbaycanda Zəfər Günü qeyd olunur
- Putin zəng edən zaman Lavrov otaqdan çıxdı və... - Nazir