Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Ould tanınmış futbol hakimi Tofiq Bəhramovun abidəsini ziyarət edib.
BUTA.TV xəbər verir ki, F. Ould həmyerlisi ilə abidənin qarşısında çəkdirdiyi fotonu özünün Tvitter hesabında paylaşıb.
Səfir postun üzərində Azərbaycan dilində bu sözləri yazıb: "Futbol həm Böyük Britaniyada, həm də Azərbaycanda çox sevilir. İngiltərənin 1966-cı ildə futbol üzrə dünya çempionatını qazanmasında Tofiq Bəhramovun ədalətli qərarının böyük rolu olub. Odur ki, nazir Leo Dokerti ilə bura mütləq gəlmək istəyirdik".
Qeyd edək ki, İngiltərə yığması DÇ-1966-nın finalında Almaniya seçməsini 4:2 hesabı ilə məğlub edib. Həmin matçda yan xətt hakimi olmuş Tofiq Bəhramov İngiltərənin vurduğu 3 topun qapı xəttini keçdiyini bildirərək, qolun qeydə alınmasına nail olub.
- İlham Əliyev Hərbi paradla bağlı paylaşım etdi - Foto
- Onlar indi təcridxanada Azərbaycan çayı içirlər... - Prezident
- 1918-ci ildə Bakını işğaldan azad edən Ənvər və Nuru Paşanı...
- Hakan Fidandan Zəfər Günü ilə bağlı paylaşım
- Ərdoğan Bakıdakı hərbi paraddan görüntülər paylaşdı
- Türkiyənin F-16 qırıcıları da Bakı səmasında
- "Bayraqdar Akıncı" PUA-sı Bakı səmasında
- Bakıdakı hərbi paradda JF-17 qırıcıları nümayiş olundu