İran Rusiyanı müasir silahlarla təmin etməklə beynəlxalq hüququn norma və prinsiplərini pozur. Narahatlığımızı birbaşa İran rəsmilərinə və beynəlxalq ictimaiyyətə bildirsək də, nəticə əldə edə bilməmişik.
BUTA.TV xəbər verir ki, bunu AB-nin baş diplomatı Jozep Borrell deyib.
"İran insan haqlarına hörmət etmir, ölkədə daxili repressiyalardan və ölüm hökmündən istifadə edir. Digər tərəfdən, İran Rusiyaya silah tədarükü və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə qeyri-kafi əməkdaşlıq da daxil olmaqla ciddi pozuntulara yol verir. Mən dəfələrlə İranın xarici işlər nazirinə və digər rəsmi şəxslərə bu məsələ ilə bağlı narazılığımı bildirmişəm. Bu ölkənin hökuməti beynəlxalq hüququn norma və prinsiplərini pozur və bu, qəbuledilməzdir”.
- Bu gecə hər ikisi meydana çıxacaq
- Pensiya və müavinətlərlə bağlı mühüm xəbər
- Daha bir azərbaycanlı Ukraynada həlak oldu
- Xəstəliyi ilə bağlı bunları yazdı - “Heç nə kömək etmir...”
- Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı-Video
- Hidayət Heydərov tənqidlərə tatamidə cavab verdi - “Bezdirmisiniz”-Foto
- İkinci qəbul imtahanı asan olacaq? - Nuri
- Berlin 260 minlik ordu qurur - “Könüllülər bəs etmir, məcburi olacaq”