“Müharibə olmaya bilərdimi”, “Rusiyanın hansı tələbi yerinə yetirilsəydi, Kreml bir il əvvəl Ukraynaya qarşı işğalçı müharibəyə başlamazdı” kimi suallar bəzi dairlərdə hələ də səslənir. Ancaq Rusiyada indiki idarəetmə forması və düşüncə tərzi Ukraynaya qarşı işğalçı müharibəni labüd edirdi, sadəcə tarix fərqli ola bilərdi.
BUTA.TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.
“Adamlar tanıyıram ki, müharibəyə görə Ukrayna Prezidenti Vladimir Zelenskini günahkar sayırlar. Guya Zelenski siyasəti ilə Putini qıcıqlandırdı və bundan qəzəblənən Kreml sahibi hücum əmri verdi. Yaxşı, Ukraynanın əvvəlki hakimiyyəti bəs nə etmişdi ki, Putin 2014-cü ildə Krımın ilhaqına qərar verdi? Ukraynada sonuncu prezident seçkisində yenə də Pyotr Poroşenko qalib gəlsəydi də, Putin Ukraynaya qarşı işğaldan vaz keçməyəcəkdi”, - politoloq bildirib.
E.Şahinoğlu vurğulayıb ki, Putinə görə ruslar və ukraynalılar eyni millətdir:
Bakıda marşrut avtobusu 3 maşını əzib hasara çırpıldı - Foto - Yenilənib
“Ona görə ukraynalılar rusların istəyi əleyhinə Qərbə inteqrasiya siyasətinə üstünlük verməməliydi. Ukraynada Prezident Vladimir Zelenskidən qeyrisi də olsaydı Kiyev Avropanın iqtisadi və təhlükəsizlik institutlarına inteqrasiyadan imtina etməyəcəkdi. Bircə keçmiş prezident Viktor Yanukoviç Avropaya inteqrasiyadan imtina etdi, onu isə xalqı devirdi”.
- ABŞ sanksiyaları: İran BMT-yə müraciət etdi
- YPG-nin ləğvi kürd-ərəb qardaşlığını gücləndirəcək - Fidan
- Elə riskə getdi ki, faciənin qarşısını aldı - Video
- Bu yol 2 gün bağlı olacaq
- Məşhur partiya sədri lüks avtomobili ilə qəzaya düşdü
- Məşhur aktyor vəfat etdi
- Mehriban Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün əyləncə tədbiri keçirildi - Fotolar+Video
- Həbsdə olan güneyli milli fəalın vəziyyəti pisləşdi