Azərenerji ASC həm istehsal edir, həm də ötürürdü. İndi bu sahədə parçalanma olacaq. Ötürmə yenə dövlətin nəzarətində - Azərenerji ASC-də qalır. İstehsalçı isə digər yeni yaranan istehsalçılarla rəqabət aparacaq.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Elektroenergetika haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.
Parlamentin komitə sədri deyib ki, Azərişıq ASC hazırda paylamanı və satışı həyata keçirir:
“Yeni qanunun qəbulundan sonra vəziyyət fərqli olacaq. Azərişıq ASC paylamanı həyata keçirəcək, satış üçün isə yeni tənzimləyici orqan yaranacaq, qiymətlər də sərbəstləşəcək”.
- Zəfər paradında hansı ölkələrin rəsmiləri iştirak edib?
- Xankəndidə atəşfəşanlıq oldu
- "Qartal" hərbi paradda belə keçid etdi - Video
- Tokayev Azərbaycanı təbrik etdi
- Ordumuz Zəfər Gününü belə qeyd etdi - Video
- Hərbçilərimizin Bakıda yürüşünü qürurla izlədim - Şərif
- Şahbaz Şərifin Azərbaycan səfəri başa çatdı
- Bakı Metropoliteni iş rejimini 1 saat uzadacaq