Masallıda dəhşət: Üç it 40 yaşlı kişini parçaladı

19:34 - 24 Fevral 2023 - GÜNDƏM

 Masallıda dəhşət: Üç it 40 yaşlı kişini parçaladı

Masallıda üç itin hücumuna məruz qalan 40 yaşlı kişi dünyasını dəyişib.

BUTA.TV Qaynarinfo-ya istinadən xəbər verir ki, Ceyhun adlı kişi Viləş kəndində örüş sahəsində qoyun otarırmış. Həyət evlərindən çıxan üç it ona hücum edib. Ceyhunun səsini eşidən iki nəfər köməyə gəlib. Amma onlar hadisə yerinə çatana qədər üç it Ceyhunu parçalayıb.

Sakinlər həmin şəxsin hadisə yerində can verdiyini deyiblər:

“İtlər onu elə parçalamışdı ki, bağırsaqları bayırda idi. Apardılar xəstəxanaya, elə oradaca dünyasını dəyişdi”.

Ceyhuna köməyə gələn iki nəfər xəstəxanaya yerləşdirilib və vəziyyətlərinin ağır olduğu bildirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol