Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar “Azərsu” ASC-nin Tədbirlər Planına uyğun olaraq ağacəkmə aksiyalarına başlanıb.
BUTA.TV xəbər verir ki, Hövsan Aerasiya Stansiyası ərazisində təşkil olunmuş ilk ağacəkmə aksiyasında Abşeron yarımadasının iqliminə uyğun zeytun və şam ağacları əkilib. Ağacəkmə aksiyasında Səhmdar Cəmiyyətin rəhbərliyi və kollektivi fəal iştirak edib.
Aksiyanın məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.
Yubiley tədbirləri çərçivəsində digər idarə və müəssisələr, hidrotexniki qurğuların ərazilərində də ağacəkmə aksiyaları keçiriləcək.
- Azərbaycanlı İrəvanın mərkəzindən salam göndərdi - Video
- Sakinlərin nəzərinə: Əkin sahələri üçün qeydiyyat başladı
- Qurban Qurbanov uğurun əsas şərtlərindən danışdı
- Aygün Kazımovanın nə qədər vergi borcu var?
- Dini məsələlərlə bağlı çağrı mərkəzi yaradıldı
- Azərbaycanda bu yüksək vəzifə ləğv edildi
- YAP Ramiz Mehdiyevə görə iclas keçirəcək
- Bakıda müəlliməni avtomobillə vuran şəxsə hökm oxundu