Azərbaycan Premyer Liqasında XXIV turun daha matçı Sumqayıtda keçirilib.
BUTA.TV xəbər verir ki, "Sumqayıt" Gəncə təmsilçisi "Kəpəz"i qəbul edib. Görüş qonaqların 2-1 hesablı qələbəsi ilə başa çatıb.
Gəncəlilər “Sumqayıt”la görüşdə 6 oyunluq qələbə həsrətinə son qoyublar. Qərb klubu buna qədər axırıncı dəfə 6 il əvvəl – 2017-ci ildə bu rəqibini üstələyib.
Qeyd edək ki, turun digər görüşlərində “Zirə” səfərdə “Turan Tovuz”a (2:0), “Şamaxı” evdə “Sabah”a (2:1) qalib gəlib, “Səbail”lə “Qəbələ” arasındakı matç heç-heçə (2:2) başa çatıb. Tura fevralın 27-də keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu ilə yekun vurulacaq.
- Azərbaycanlı İrəvanın mərkəzindən salam göndərdi - Video
- Sakinlərin nəzərinə: Əkin sahələri üçün qeydiyyat başladı
- Qurban Qurbanov uğurun əsas şərtlərindən danışdı
- Aygün Kazımovanın nə qədər vergi borcu var?
- Dini məsələlərlə bağlı çağrı mərkəzi yaradıldı
- Azərbaycanda bu yüksək vəzifə ləğv edildi
- YAP Ramiz Mehdiyevə görə iclas keçirəcək
- Bakıda müəlliməni avtomobillə vuran şəxsə hökm oxundu