Böyük Britaniyanın Lordlar Palatasının üzvü, fəal ermənipərəst mövqeyi ilə seçilən Baronessa Kerolayn Koksun İslam əleyhinə təşkilatlar və fəallarla əlaqəsi üzə çıxıb.
BUTA.TV Report.az-a istinadən xəbər verir ki, bu qurumlarla maliyyə əlaqələri barədə məlumatların sızmasından sonra deputat “Equal and Free Limited” qeyri-kommersiya təşkilatından maliyyələşmə faktını gizlətdiyini etiraf etmək məcburiyyətində qalıb. Parlamentin qaydaları Lordlar Palatasının üzvlərindən kənar təşkilatlardan alınan dəstək haqqında məlumatı açıqlamağı tələb edir.
Britaniyanın “Sky News” nəşrinin əldə etdiyi sənədlərə görə, “Equal and Free Limited”, qərargahı Los-Ancelesdə yerləşən, yevangelist "xeyriyyəçilər" Hovard və Roberta Ahmanson tərəfindən idarə olunan Amerika təşkilatından vəsait alıb.
Mətbuata sızan sənədlər arasında Baronessa Koksun İslamın tanınmış və tez-tez mübahisəli tənqidçilərinin iştirak etdiyi parlament binasında çağırdığı müntəzəm görüşlərin protokolları da var.
2015-ci ilin iclas protokollarında İslam dininin "müsəlman olmayanların hamısına qarşı düşmənçilik niyyəti" olduğu vurğulanıb. Məlumata görə, Baronessa Koksun ifrat sağçı anti-İslam fəallarına hökumət iclaslarında iştirak etmək üçün şərait yaradıb.
Nəşr xatırladır ki, Lordlar Palatasının üzvləri, xüsusən də Baronessa Koksun nazirlərə, parlamentin özünə və bütün qanunvericilik sisteminə təsirləri var. Bu baxımdan belə şəxslərin maliyyələşdirilməsinin şəffaflığına xüsusi diqqət yetirilməlidir.
- Mehriban Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün əyləncə tədbiri keçirildi - Fotolar+Video
- Həbsdə olan güneyli milli fəalın vəziyyəti pisləşdi
- Tramp MKİ direktorunun Moskvaya səfərindən danışdı
- Nepalda daşqınlar: ölənlərin sayı 95-ə çatdı
- 1645-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Xamenenin öldüyünü düşünmürəm - Tramp
- Prezident ailəsinin səmimi - Fotosu
- ABŞ bundan heç nə qazanmayacaq - Pezeşkian