Mən hərbçiyəm və dünyanın güclü ordusuna komandanlıq edirəm, amma eyni zamanda insanam və Rusiyanın ukraynalılara qarşı müharibəsi məni ağlatdı.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı müharibənin 1 ili ilə bağlı müsahibəsində deyib.
“Baş komandan olduğum üçün heç bir zəif tərəfi etiraf etmək istəmirəm. Amma yenə də təkrar edirəm, mən insanam. Bir dəfə bir ana oğlunu axtaranda ağlamışdım. Onun oğlu helikopter pilotu idi və Mariupola uçmuşdu. Qadınla yazışanda ümid edirdi ki, oğlu sağdır. Hətta oğlunun uçuşdan vvəl ona göndərdiyi mesajı da göstərdi: Əgər məğlum olsam, qoy hamı bu haqda danışsın. Mən öz ölkəmi sevirəm”, - Zalujnı bildirib.
Zalujnının sözlərinə görə, daha sonra ona həmin oğlanın həlak olduğunu xəbər veriblər:
“Mən bu xəbəri qadına demək istədim, amma gücüm çatmadı və ağladım”.
- Mehriban Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün əyləncə tədbiri keçirildi - Fotolar+Video
- Həbsdə olan güneyli milli fəalın vəziyyəti pisləşdi
- Tramp MKİ direktorunun Moskvaya səfərindən danışdı
- Nepalda daşqınlar: ölənlərin sayı 95-ə çatdı
- 1645-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Xamenenin öldüyünü düşünmürəm - Tramp
- Prezident ailəsinin səmimi - Fotosu
- ABŞ bundan heç nə qazanmayacaq - Pezeşkian