Əlimizdə olmayan vasitələr təcili surətdə xaricdən alınır və zəlzələ bölgəsinə çatdırılır.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Trükiyənin “Milliyət” qəzetinə müsahibəsində deyib.
“Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Qardaş qardaşa dəstəyinin hesabatını verməz. Azərbaycan bunları qardaşlıq vəzifəsi olaraq yerinə yetirir. Nə lazımdırsa, etməyə davam edəcəyik”.
Onun sözlərinə görə, zəlzələ bölgəsində ehtiyac olan bir çox ləvazimat Azərbaycan bazarında tükənib:
“Ona görə də xaricdən sifariş verməli oluruq. Azərbaycan və Türkiyə xalqlarının bir-birinə sevgisi bu səviyyədədir. Türkiyə güclü dövlətdir. Türkiyə bu zəlzələnin də təsirlərini qısa zamanda aradan qaldıracaq. Azərbaycan da bunun üçün əlindən gələni edəcək”.
- İntensiv danışıqlar oldu, Rusiyanı qane etmədi - Bayramov
- Türkiyə MMN Bakıdakı paraddan bu videonu yaydı
- Cənab Prezident, xanımımın sizə salamı var... - Video
- Azərbaycan bayrağı Nyu York səmasında!
- Abdulla Qurbani hərbi parada niyə aparıcılıq etməyib?
- Zəfər paradında hansı ölkələrin rəsmiləri iştirak edib?
- Xankəndidə atəşfəşanlıq oldu
- "Qartal" hərbi paradda belə keçid etdi - Video