Fevralın 26-da Vyana şəhərinin mərkəzində yerləşən Heldenplatz meydanında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş izdihamlı Ümumavropa Xocalı Aksiyası keçirilir.
BUTA.TV xəbər verir ki, Avropadakı Azərbaycan diaspor qurumlarının təşkilatçılığı ilə keçirilən aksiyada Avropanın 31 ölkəsindən, ümumilikdə isə 74 şəhərdən soydaşlarımız, habelə Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri və xarici jurnalistlər iştirak edirlər. Aksiyada Azərbaycanla bərabər, müxtəlif ölkələrin bayraqları dalğalanır.
Tədbir Azərbaycan və Avstriyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Sonra Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canlarından keçənlərin, Xocalı soyqırımı qurbanlarının, eləcə də Türkiyədə baş vermiş dəhşətli zəlzələdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin keçirildiyi meydanda, BMT-nin bütün rəsmi dillərində, o cümlədən ingilis, alman, fransız, ispan, ərəb, çin, rus və digər dillərdə "Xocalıya ədalət!" şüarları yazılmış plakatlar asılıb. Aksiyada soydaşlarımız müxtəlif dillərdə "Xocalıya ədalət!" şüarları səsləndirib, beynəlxalq ictimaiyyətə ədalət çağırışları ediblər.
Sonra iştirakçılar müxtəlif plakatlarla Xocalı soyqırımı qurbanlarını anıblar. Əllərində "Xocalını unutma!", "Xocalı soyqırımınlı tanıyın!", "Qarabağ Azərbaycandır" plakatlarını tutan diaspor fəalları şəhər sakinlərinə faciə barədə məlumat verib, Xocalı qətliamı barədə məlumatların əks olunduğu bukletlər paylayıblar.
Vyanada keçirilən Ümumavropa Xocalı Aksiyası çərçivəsində Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım kampaniyası da keçirilir. Kampaniyadan əldə olunan vəsait təşkilat komitəsi tərəfindən AFAD-a köçürüləcək.
- İntensiv danışıqlar oldu, Rusiyanı qane etmədi - Bayramov
- Türkiyə MMN Bakıdakı paraddan bu videonu yaydı
- Cənab Prezident, xanımımın sizə salamı var... - Video
- Azərbaycan bayrağı Nyu York səmasında!
- Abdulla Qurbani hərbi parada niyə aparıcılıq etməyib?
- Zəfər paradında hansı ölkələrin rəsmiləri iştirak edib?
- Xankəndidə atəşfəşanlıq oldu
- "Qartal" hərbi paradda belə keçid etdi - Video