Belarusda hərbi vəziyyət elan olunarsa, 1,5 milyon insan səfərbər oluna bilər.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu barədə Respublika Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç deyib.
O, bunu xalq milisləri haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.
"Bəlkə də bəzi gizli məlumatları, dövlətin hərbi təşkilatının strukturlarını, silahlı qüvvələri açıqlamasam, hərbi vəziyyət elan edilərsə və iqtisadiyyat hərbi relslərə köçürülsə,dövlətin hərbi təşkilatlarını haradasa 1,5 milyona qədər insan təşkil edəcək. Əhalimiz 9 milyondan çoxdur, buna görə qalan 8 milyon, əlbəttə ki, sənayedə işləyəcək, öyrədəcək, müalicə edəcək, taxıl yetişdirəcək", - Volfoviç deyib.
Onun sözlərinə görə, xalq milisləri yerli hüquq-mühafizə orqanlarına təxribat-kəşfiyyat qruplarını aşkar etməkdə, banditizmlə mübarizədə, talançılığı dayandırmaqda və ümumiyyətlə, ictimai asayişi qorumaqda köməklik göstərəcəklər.
Qanun layihəsinə əsasən, xalq milislərinin formalaşdırılması ilə bağlı vəzifələr yerli özünüidarə orqanlarına həvalə olunacaq.
- 1645-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Xamenenin öldüyünü düşünmürəm - Tramp
- Prezident ailəsinin səmimi - Fotosu
- ABŞ bundan heç nə qazanmayacaq - Pezeşkian
- Pezeşkianın qızı Mehriban Əliyevanı təbrik etdi
- Rusiya daha iki kəndi işğal etdi
- Maşında yanaraq ölən Əfqan 6 ay əvvəl evlənibmiş - Fotolar
- Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunda - Fotolar