Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları altısı uşaq olmaqla, 49 əcnəbi vətəndaşın Qarabağdan Ermənistan ərazisinə keçidini təmin ediblər.
BUTA.TV xəbər verir ki, bu barədə bazar günü Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiya sülhməramlıları 49 əcnəbi vətəndaşı (o cümlədən 6 uşağı) Qarabağ ərazisindən Ermənistan Respublikasına təxliyə edib”, - məlumatda deyilir.
Müdafiə Nazirliyi ötən sutka ərzində atəşkəs rejiminin pozulmadığını qeyd edib.
Nazirlik onu da aydınlaşdırıb ki, Rusiya sülhməramlılarının təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək insidentlərin qarşısının alınması məqsədilə Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahları ilə davamlı qarşılıqlı fəaliyyəti davam etdirir.
- 1645-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Xamenenin öldüyünü düşünmürəm - Tramp
- Prezident ailəsinin səmimi - Fotosu
- ABŞ bundan heç nə qazanmayacaq - Pezeşkian
- Pezeşkianın qızı Mehriban Əliyevanı təbrik etdi
- Rusiya daha iki kəndi işğal etdi
- Maşında yanaraq ölən Əfqan 6 ay əvvəl evlənibmiş - Fotolar
- Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunda - Fotolar