2012-ci ildən etibarən həm doqquzillik, həm də onbirillik təhsil bazasından məzun olan tələbələrə subbakalavr dərəcəsi verilməyə başlanılıb. Bu, ondan ötəridir ki, orta ixtisas təhsil müəssisələrini bitirən şəxslər imtahansız, müsabiqə əsasında ali məktəblərin bakalavr pilləsində təhsil ala bilsinlər. Bu, bir növ kollec tələbələrinin ali təhsil arzusunu həyata keçirməsinə şərait yaratmaqdır. Kolleclərin ali təsilin bir hissəsi kimi tanınması təşəbbüsü isə subbakalavr məzunlarının əmək bazarında yer tutmalarına zəmin yarada bilər.
Bunu BUTA.TV-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyinin bu təşəbbüsü gündəmə gətirməsi subbakalavr pilləsi məzunlarının həm dövlət, həm də özəl sektorlarda daha da üstünlük əldə etməsi, iş imkanlarının yaxşılaşması ilə nəticələnə bilər:
“Hər il orta hesabla iyirmi min nəfər subbakalavr dərəcəsi alaraq kolleclərdən məzun olur. Amma bu gün təəssüf ki, müvafiq dövlət və yaxud özəl qurumlar, şirkətlər işə qəbul edərkən, vakant yerlər ayırarkən birmənalı şəkildə ali təhsil tələb edirlər. Bu da subbakalavr pilləsi məzunlarının müvafiq müsabiqə və proseslərdən kənarda qalması deməkdir”.
Hər il on səkkiz-on doqquz min subbakalavr məzunun ali təhsil müssisələrinə qəbul müsabiqəsinə qatıldığını əlavə edən ekspert yeni təşəbbüsün daha uğurlu nəticələr verə biləcəyini vurğulayıb.
Qeyd edək ki, “Ali təhsil haqqında” qanun layihəsində kolleclərin ali təhsilin bir hissəsi kimi tanınması təşəbbüsü var.
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!
- İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - Video