Bakıda yeni radar cihazı quraşdırılıb.
BUTA.TV xəbər verir ki, həmin cihaz Xətai rayonu, “8 Noyabr” prospektində, “Ağ Şəhər” istiqamətində yolun sağ tərəfində qoyulub.
Dirək formasında olan cihaz ən son texnologiya və müasir avadanlıqlarla təchiz olunub. Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyir ki, bu cihaz üç funksiyanı eyni anda icra edə bilir. O bildirib ki, müasir cihaz gecə və gündüz şəraitində quraşdırıldığı ərazidə görüntüləri kefiyyətli formada qeyd edir. Elməddin Muradlı hesab edir ki, funksiyaları çox olan bu cihaz respublika əhəmiyyətli yollarda da quraşdırılmalıdır.
Sözügedən radarın quraşdırılmasını sürücülər isə birmənalı olaraq dəstəkləyiblər. Onlar təhlükəsizlik baxımından sürücülər üçün effektli olacağını düşünürlər. Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev isə bildirib ki, hərəkətin təhlükəsizliyi üçün qurulan radar qurğusu hələlik test mərhələsindədir və ona görə də radar qurğusu heç bir cərimə qeydə almır.
- Əli Əsədov daha bir qərar imzaladı
- Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edildi
- Həzi Aslanovda hazır mənzil almaq istəyənlər üçün hansı imkanlar var?
- İyulun bütün sosial ödənişləri yekunlaşdırıldı
- Tiflis istiqamətində əlavə vaqonların istismarı üçün iş aparılır
- Anar Əliyev Zəngilanda sakinlərlə görüşdü
- Külək güclənəcək - Xəbərdarlıq
- Tiflisə getmək istəyənlərə sevindirici xəbər