Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərində Heydər Əliyev, Zəfər və 28 May küçələrinin kəsişməsində istiqamət bildirən lövhələrin açılışını edib.
BUTA.TV, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov dövlət başçısına küçələrdə görüləcək işlər barədə məlumat verib.
Bildirilib ki, Laçın şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan küçənin uzunluğu 6967 metr, eni isə 10-12 metr təşkil edir. Vətən müharibəsində şanlı Qələbənin şərəfinə adlandırılan Zəfər küçəsinin uzunluğu 5239, eni isə 12 metrdir. 28 May küçəsinin isə uzunluğu 1703, eni isə 10 metr nəzərdə tutulur.
Qeyd edilib ki, şəhərin memarlıq üslubuna uyğun qaydada yenidən qurulacaq bu küçələrdə ən müasir infrastruktur yaradılacaq.
Prezident İlham Əliyevə, həmçinin Laçın şəhərində görülən işlər və Heydər Əliyev küçəsinin yenidənqurma konsepti barədə məlumat verilib.
Dövlət başçısı küçələrin adlarının yazıldığı lövhələrin üzərindən örtükləri götürüb.
- Zakir Həsənov Pakistana başsağlığı verdi
- “Bütün məsuliyyət Vado Korovinlə onun üzərinə düşür” - “Space TV”nin açıqlaması
- Üçüncü qeyri-rəsmi Şamaxı toplantısı keçirildi
- "Speys"dən açıqlama: Məsuliyyət onun üzərinə düşür!
- Meşələrdə yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət...
- Nazirliyin meşə yanğınları ilə bağlı - Müraciəti
- Vaxtı bitmiş içkilərə "yeni tarix" qoydular - Video
- Mərhum kapitanın övladları ilə görüntüsü kövrəltdi - Video