Deputat bu vəzifədən azad edildi

12:08 - 30 May 2023 - GÜNDƏM

 Deputat bu vəzifədən azad edildi

Rüfət Quliyev Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsindən azad edilib.

BUTA.TV xəbər verir ki, bununla bağlı Milli Məclisin plenar iclasında qərar verilib.

Belə ki, “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında dəyişikliklər edilməsi barədə Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə deputat Kamran Bayramovun namizədliyi təsdiqlənib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol