Milli markamız “Azerçay”ın dəstəyi, Azərbaycan Autizm Assosiasiyasının təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə tədbir təşkil edilib.
Dənizkənarı Bulvarda keçirilən “Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla 1 gün” adlı əyləncəli tədbirdə millət vəkilləri, dövlət rəsmiləri, QHT və özəl şirkət nümayəndələri iştirak ediblər.
Tədbirdə uşaqların əylənməsi üçün “Azerçay” tərəfindən DJ və animatorlar dəvət edilib, eyni zamanda azyaşlıların çox sevdiyi şirin pambıq və “Maraş dondurması” hazırlanıb. Bundan əlavə, iştirakçılar uşaqların hazırladığı əl işləri ilə tanış olub, onların fəaliyyətləri ilə yaxından tanış olublar.
Sonda balacalara doğma çay tərəfindən uşaqlar üçün maraqlı hədiyyələr paylanılıb.
Həmçinin tədbir iştirakçıları ləziz təamlı “Azerçay”a qonaq olublar.
- Prezidentin qızına xəyanətini qəzetdə elan vermişdi - 644 milyon ödəyəcək
- Dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
- Cəlilabadda park tikintisində nələr tapıldı?
- Şuşa-Xankəndi yolunda avtomobil dərəyə aşdı
- Tamerlan Qarayev geri çağırılır?
- Həyətlərindən yaralı halda tapılan qız xəstəxanada öldü
- Diplomatik xidmətə qəbul imtahanının nəticələri açıqlandı
- Şəhid anası böyrəyini qızına bağışladı - Fotolar