Ermənistan ərazisində elə anklav yoxdur ki, onun qaytarılası ilə həlledilməz yol problemi yaransın.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycana aid kəndlərin qaytarılması ilə Ermənistanın İran və Gürcüstana çıxış yollarının məhdudlaşacağı haqda sualı cavablandırarkən deyib.
“İlkin versiya kimi Kərki kəndini götürək. Bu kəndin qaytarılası ilə İrəvandan Dərələyəzə və s. yol məhdudlaşa bilər. Götürək ki, biz məsələyə hüquqi baxımdan yanaşırıq. Əgər siyasi baxımdan müəyyənləşsə ki, bu kənd Azərbaycana aiddir və bu, xəritələrlə təsdiqlənir, onu qaytarmaq problem deyil. Ancaq Azərbaycanın, məsələn, Başkəndi qaytarıb, Kərkini almaq istədiyi haqda da fakt yoxdur”, - o bildirib.
Paşinyan iddia edib ki, hətta belə olsa da, bu məsələni şişirtmək olmaz, çünki bu, həll edilməsi mümkün olmayan problem yaratmayacaq:
“Əgər ordan yol olmasa, başqa yerdən yol olacaq. Heç bir problem yoxdur”.
Baş nazirin sözlərinə görə, Ermənistan yol şəbəkəsini elə inkişaf etdirir ki, belə problemlər yaranmasın.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycana aid 8 kəndi “Azərbaycandakı anklavlarla dəyişməyə” hazır olduğunu bildirməsi İranı da “narahat” edib. İran Kərkinin Azərbaycana qaytarılacağı təqdirdə İran-Ermənistan yolunun Azərbaycanın nəzarətinə keçəcəyindən “narahat olduğunu” bildirib.
Eyni zamanda, Ermənistanın Gürcüstana yolu da hazırda Ermənistanın nəzarətində olan Qazaxın kəndlərinin ərazisindən keçir.
- Prezidentin qızına xəyanətini qəzetdə elan vermişdi - 644 milyon ödəyəcək
- Dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
- Cəlilabadda park tikintisində nələr tapıldı?
- Şuşa-Xankəndi yolunda avtomobil dərəyə aşdı
- Tamerlan Qarayev geri çağırılır?
- Həyətlərindən yaralı halda tapılan qız xəstəxanada öldü
- Diplomatik xidmətə qəbul imtahanının nəticələri açıqlandı
- Şəhid anası böyrəyini qızına bağışladı - Fotolar