Qazaxıstanın Abay vilayətinin inzibati mərkəzi olan Semey şəhərində Rusiyanın “Bi-2” qrupunun iyunun 21-nə planlaşdırılan konserti baş tutmayacaq.
Kult.az xəbər verir ki, bu barədə şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.
“Meşə yanğınları zamanı baş vermiş faciəvi hadisələrlə əlaqədar, eləcə də rayon ictimaiyyətinin çoxsaylı müraciətləri əsasında Rusiyanın “Bi-2” musiqi qrupunun iyunun 21-də keçirilməsi nəzərdə tutulan konserti ləğv edilir”, - o bildirib.
Qeyd edək ki, dünən rusiyalı müğənni Qriqori Lepsin Qazaxıstanın Konayev şəhərində verəcəyi konsert ləğv edilmişdi.
- Sabiq sədr külli miqdarda mənimsəmədə ittiham olunur
- Bakıda bu “MakDonalds”da antisanitariya - Video
- MİQ imtahanının başlayacağı tarix açıqlandı
- Xırdalan bələdiyyəsinin sabiq sədri 6 ilə - Yarım milyondan çox yeyinti edib
- AQTA-nın cavabı güldürdü: Heyvan rifahı...
- MİQ imtahanlarının vaxtı açıqlandı
- Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satıldı
- Sabah 37 dərəcə isti olacaq