2017-ci ilin 16 iyulunda Serj Sərkisyan müsahibəsində demişdi ki, 2016-cı ilin müharibəsi Azərbaycanın problemin həlli üçün Madrid variantından imtina etdiyini göstərdi. Sərkisyanın sözlərinə görə, Azərbaycan deyir ki, Qarabağ problemi Bakının daxili işidir. Yəni Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və belə də qalacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan 44 günlük müharibə ilə bağlı parlamentdə çıxışı zamanı deyib.
“Sərkisyanın sitatlarına cavab olaraq demək istəyirəm ki, onun təəccübünə təəccüblənirəm. Ermənistan Sərkisyanın formulu ilə güzəştə getdikdən və 1989-cu ildə Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsi haqqında qərarı və Dağlıq Qarabağda keçirilən referendumun nəticəsini ləğv etdikdən sonra niyə Azərbaycan Dağlıq Qarabağ məsələsini özünün daxili məsələsi hesab etməsin? Bu, bir daha deyirəm, Azərbaycanın Madrid prinsiplərinə uyğun olaraq həll etdiyi fundamental problem idi”, - Paşinyan bildirib.
- AQTA-nın cavabı güldürdü: Heyvan rifahı...
- MİQ imtahanlarının vaxtı açıqlandı
- Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satıldı
- Sabah 37 dərəcə isti olacaq
- Yeni Konstitusiyanın mətni ilin sonunadək dərc olunacaq - Paşinyan
- Türkiyədə naxçıvanlı sərnişini vəhşicəsinə döydülər - Video
- Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub
- Çinə getmək istəyənlərə şad xəbər