Gürcüstan Qərbin vədlərindən bezib və postsovet ölkələrinin bazarlarına qayıtmaq istəyir.
BUTA.TV xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT ölkələrinin XİN başçıları ilə görüşündə deyib.
“Siz onların siyasətində müəyyən dəyişiklik görürsünüz, çünki heç kim sizi süd, ət və ya şərabla öz bazarlarına buraxmaz. Bazarlar çoxdan bölünüb və onlar üzərində sərt mübarizə gedir”, - o bildirib.
O qeyd edib ki, Qərbdə nəsə təklif olunarsa, bu, yalnız resurs müqabilində və ya onlar üçün faydalı olan siyasi kursun aparılması müqabilində olacaq:
“Tələsməyə, bir-birimiz üçün vəziyyəti daha da pisləşdirməyə və uzaqlaşmağa çalışmaq lazım deyil. Xüsusilə də bu çətin zamanda bir yerdə olmalıyıq”.
- AQTA-nın cavabı güldürdü: Heyvan rifahı...
- MİQ imtahanlarının vaxtı açıqlandı
- Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satıldı
- Sabah 37 dərəcə isti olacaq
- Yeni Konstitusiyanın mətni ilin sonunadək dərc olunacaq - Paşinyan
- Türkiyədə naxçıvanlı sərnişini vəhşicəsinə döydülər - Video
- Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub
- Çinə getmək istəyənlərə şad xəbər