ÇL: I təsnifat mərhələsinin püşkü atıldı

16:54 - 20 İyun 2023 - GÜNDƏM

 ÇL: I təsnifat mərhələsinin püşkü atıldı

UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.

BUTA.TV xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.

Püşkatma zamanı 30 komandadan ibarət 15 cüt yaranıb.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-də, cavab görüşləri isə 18-19-da keçiriləcək.

Çempionlar Liqası

I təsnifat mərhələsi

“Haken” (İsveç) - TNS (Uels)

“Ballkani” (Kosovo) - “Ludoqorets” (Bolqarıstan)

“Şemrok Rovers” (İrlandiya) - İlkin mərhələnin qalibi

“Jalgiris” (Litva) - “Struqa” (Şimali Makedoniya)

“Klaksvik” (Farer adaları) - “Ferentsvaroş” (Macarıstan)

“Olimpiya” (Sloveniya) - “Valmiera” (Latviya)

HIK (Finlandiya) - “Larne” (Şimali İrlandiya)

“Linkoln” (Cəbəllütariq) - “Qarabağ” (Azərbaycan)

“Rakuv” (Polşa) - “Flora” (Estoniya)

“Slovan” (Slovakiya) - “Svift Hesperange” (Lüksemburq)

“Farul” (Rumıniya) - “Şerif” (Moldova)

“Hamrun” (Malta) - “Makkabi” (Hayfa, İsrail)

“Urartu” (Ermənistan) - “Zrinski” (Bosniya və Herseqovina)

“Partizani” (Albaniya) - BATE (Belarus)

“Astana” (Qazaxıstan) - “Dinamo” (Tbilisi, Gürcüstan)


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol