Vuçiç yenə danışıqlardan imtina etdi

22:22 - 20 İyun 2023 - GÜNDƏM

 Vuçiç yenə danışıqlardan imtina etdi

Serbiya Prezidenti Aleksandr Vuçiç yenidən Kosova lideri Albin Kurti ilə danışıqlar aparmaqdan imtina edib.

BUTA.TV xəbər verir ki, Vuçiç Priştina hakimiyyətinin saxlanılan bütün serbləri azadlığa buraxmayana, alban bələdiyyə başçılarını və bölgənin şimalından olan xüsusi polis qüvvələrini geri çağırmayana qədər danışıqlar aparmayacağını bildirib.

“Saxlanılan hər bir serb azad edilmədiyi, bölgənin şimalından saxta bələdiyyə başçıları geri çağırılmadığı, onların xüsusi təyinatlıları geri çəkilmədiyi və hər gün serbləri saxlamağı dayandırmadığı müddətcə Kurti ilə danışmağa getməyəcəyəm. Və sonra biz imzalanmış müqaviləyə uyğun olaraq serb icmalarının ən sürətli şəkildə necə formalaşdırılması barədə danışacağıq”, - Vuçiç bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol