Daxili işlər orqanlarının həyata keçirdiyi istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə cinayətlərin 93,9 faizinin üstü açılıb.
“BUTA.TV” xəbər verir ki, bu Daxili İşlər Nazirliyinin (DİN) 2026-cı ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında elan edilmiş hesabatda əks olunub.
Hesabatda bildirilib ki, polis prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 218 və görülmüş operativ cavab tədbirləri ilə 3.013 cinayətin üstünü açıb, eləcə də 4.474 hüquqazidd əməlin qarşısı alınıb. Bundan başqa müxtəlif cinayətlər törətmiş 6.887 şəxs məhkəmə məsuliyyətinə verilib. İstintaqdan və təhqiqat orqanlarından yayınan 4.282, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 645 təqsirləndirilən şəxs tutulub. Ümumilikdə isə axtarış işinin nəticələri 3 faiz yaxşılaşaraq 82,7 faizə yüksəlib.
Nazir general-polkovnik Vilayət Eyvazov iclasda xidməti vəzifələrin və qarşıya qoyulan tapşırıqların hesabat dövründə bütövlükdə layiqincə yerinə yetirildiyini deyib.
Vilayət Eyvazov yekun nitqində vətəndaş məmnunluğunun təmin edilməsinin Prezident İlham Əliyevin müəyyənləşdirdiyi əsas vəzifələrdən olduğunu xatırladıb, polislərdən müraciətlərə baxılması və vətəndaş qəbulu işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib.
- Prezident fərman imzaladı
- Arzum üçün imza toplanır - Foto
- “Uşaqlar izləsə, görəcəklər ki, 80% telefonla məşğuldur”
- Daha bir azərbaycanlı diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı
- AZAL 2026-cı ilin ilk yarısını müsbət nəticələrlə başa vurdu
- 18-i ərini, 2-si isə xanımını təmsil etdi - Fotolar
- Tramp niyə Anıtqəbiri ziyarət etmədi? - Engin Özər
- FHN su basmış əraziləri belə təmizləyir - Vide