Hondurasın Fransisko Morazan departamentinin Tamara ərazisində yerləşən “Cefas" Qadın Sosial Adaptasiya Mərkəzində baş verən qarşıdurma zamanı 41 məhbus ölüb.
BUTA.TV xarici mediaya istinadən xəbər verir ki, iğtişaş məhkumlardan birinin atəş açmasından sonra baş verib.
Qarşıdurma zamanı həbsxanada yanğın baş verib. İddiaya görə, məhkumlardan bir çoxu yanaraq ölüb.
Səlahiyyətli orqanlar ölənlərin kimliyini araşdırmağa başlayıb.
Qeyd edilir ki, 2012-ci ildən bəri Hondurasda həbsxanada baş verən yanğınlarda 350-dən çox insan həlak olub.
- Daha bir azərbaycanlı diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı
- AZAL 2026-cı ilin ilk yarısını müsbət nəticələrlə başa vurdu
- Tramp niyə Anıtqəbiri ziyarət etmədi? - Engin Özər
- FHN su basmış əraziləri belə təmizləyir - Vide
- Mağazalarda polietilen torba bahalaşdı?
- Sabiq sədr külli miqdarda mənimsəmədə ittiham olunur
- “Vətəndaş məmnunluğu Prezidentin müəyyənləşdirdiyi əsas vəzifələrdəndir”
- Bakıda bu “MakDonalds”da antisanitariya - Video