Yüksək səviyyədə tezislər yayılır ki, bir az da gözləyin, onda hər şey yaxşı olacaq. Ruslar deyiblər ki, il yarım səbr edin, hər şey yaxşı olacaq. Deyirlər ki, gözləyin, Ukraynada vəziyyət dəyişəndə, burada da (Xankəndidə - red.) dəyişəcək, tezliklə rus pasportları veriləcək, hər şey yaxşı olacaq.
BUTA.TV xəbər verir ki, bunu Qarbağdakı separatçı dəstənin keçmiş “ərazi idarəetmə və infrastruktur naziri” Hayk Xanumyan deyib.
“Bu, tam fəaliyyətsizlik kampaniyası, cəmiyyəti sakitləşdirmə prosesidir. Təsəvvür edin ki, uçuruma yuvarlanan avtomobilin sərnişinlərini inandırmağa çalışırlar ki, uçurumun kənarında böyük bir daş var, maşın onu dəyib dayanacaq. Əslində isə onlar uçuruma atılan maşının sürətini ancaq artırır. Biz geosiyasi yetim rolunda olmaqdan, boynunu büküb bu və ya digər tərəfə baxmaqdan, kimdənsə nəsə tələb etməkdən əl çəkməliyik”, - o bildirib.
- Prezident fərman imzaladı
- Arzum üçün imza toplanır - Foto
- “Uşaqlar izləsə, görəcəklər ki, 80% telefonla məşğuldur”
- Daha bir azərbaycanlı diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı
- AZAL 2026-cı ilin ilk yarısını müsbət nəticələrlə başa vurdu
- 18-i ərini, 2-si isə xanımını təmsil etdi - Fotolar
- Tramp niyə Anıtqəbiri ziyarət etmədi? - Engin Özər
- FHN su basmış əraziləri belə təmizləyir - Vide