Apardığımız tədqiqatın nəticəsinə görə, şam yeməyini bir yerdə edən və ya əksini edən ailələrin övladlarının riyaziyyat göstəricilərində fərq var.
BUTA.TV xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İnsan Resursları Zirvəsində “Yerin dərinliyindən beyin dərinliyinə köç” mövzusundakı paneldə çıxışı zamanı deyib.
Nazir bildirib ki, təhsil mexaniki prosesi deyil:
“Bu, çox ciddi psixoloji inkişaf prosesidir. Təhsilin sonda kamil insan yaratmaq məqsədi var. Bir insanın inkişafına ev, təhsil və makrogöstəricilər təsir edir. Mühit inkişafı şərtləndirən əsas amildir. Tədqiqat aləmində bunun ölçülə bilən meyarları var. İlk faktor erkən yaş inkişafıdır”.
E.Əmrullayev əlavə edib ki, məktəbə hazırlığa gedən və getməyən uşaqlar arasında ciddi fərq olur:
“Bunu müəllimlər də deyir. Sadəcə bu sahədə tədqiqatlar apara bilmirik. Apardığımız tədqiqat nəticəsinə görə şam yeməyini bir yerdə edən və ya əksini edən ailələrin övladlarının oxu, riyaziyyat göstəricilərində fərq var”.
- Prezident fərman imzaladı
- Arzum üçün imza toplanır - Foto
- “Uşaqlar izləsə, görəcəklər ki, 80% telefonla məşğuldur”
- Daha bir azərbaycanlı diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı
- AZAL 2026-cı ilin ilk yarısını müsbət nəticələrlə başa vurdu
- 18-i ərini, 2-si isə xanımını təmsil etdi - Fotolar
- Tramp niyə Anıtqəbiri ziyarət etmədi? - Engin Özər
- FHN su basmış əraziləri belə təmizləyir - Vide