Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Temirbek Jurgenov adına Qazax Milli Sənət Akademiyasının medalı ilə təltif olunub.
BUTA.TV xəbər verir ki, akademiyanın qızıl medalını təqdim edən rektor, Qazaxıstanın əməkdar xadimi, “Hörmət" ordeni kavaleri Əzəmət Satıbaldı Qənirə Paşayevanın mədəniyyət, incəsənət sahəsində mütəxəssislərin hazırlanması, gənc istedadların üzə çıxarılması, onlara qayğı göstərilməsi sahəsində göstərdiyi xidmətlərdən, eləcə də, qardaş ölkələrimiz arasında mədəni əməkdaşlığa verdiyi töhfələrdən söz açıb.
Bu təltifə görə şərəf və eyni zamanda məsuliyyət duyduğunu söyləyən Q.Paşayeva nəcib diqqət, təltif və etimada görə rektora, akademiyanın kollektivinə öz minnətdarlığını bildirib.
Q.Paşayeva Xudafərin körpüsünün əks olunduğu dekorativ tətbiqi sənət əsərini rektora hədiyyə edib, habelə müəllifi olduğu “Qardaş ölkəm Qazaxıstan” kitabını, qazaxca çıxan həmmüəllifi olduğu kitablarını imzalayıb.
Komitə sədri akademiya rəhbərliyini Azərbaycana səfərə dəvət edib.
- Prezident fərman imzaladı
- Arzum üçün imza toplanır - Foto
- “Uşaqlar izləsə, görəcəklər ki, 80% telefonla məşğuldur”
- Daha bir azərbaycanlı diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı
- AZAL 2026-cı ilin ilk yarısını müsbət nəticələrlə başa vurdu
- 18-i ərini, 2-si isə xanımını təmsil etdi - Fotolar
- Tramp niyə Anıtqəbiri ziyarət etmədi? - Engin Özər
- FHN su basmış əraziləri belə təmizləyir - Vide