Çexiya ölkədəki diplomatik binaların icarəsi üçün Rusiyadan məhkəmə yolu ilə 2,4 milyon dollar tələb etmək qərarına gəlib.
BUTA.TV xəbər verir ki, bunu Avropa İnformasiya Mərkəzinin direktoru, rusiyalı politoloq Nikolay Topornin deyib.
Politoloqun sözlərinə görə, sovet dövründə keçmiş Çexoslovakiya Moskvaya pulsuz olaraq bu yerləri götürməyə icazə verib:
“Hər şey sovet dövründən, bu binaların, torpaq sahələrinin Sovet İttifaqına verilməsindən qaynaqlanır. Bizim XİN-nin və ölkəmizin diqqətsizliyi ondadır ki, vaxtilə SSRİ dağılanda bu müqavilələrə yenidən baxılmadı, yeni hüquqi əsaslarla təzədən imzalanmadı. Son illər dövlətlər arasında münasibətlər kəskin şəkildə pisləşib, ona görə də Çexiya Rusiya ilə əlaqələrdən qurtulmağa çalışır”.
Gəncədə yasda kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
Qeyd edək ki, Praqa Moskvadan ölkədəki Rusiya diplomatik missiyalarının yerləşdiyi binaların icarəsi üçün 53 milyon kron (2,4 milyon dollar) ödəməyi tələb edir.
- Milli Məclisin iclası başladı
- Bakıda qadın dənizdə boğuldu
- TƏBİB və “Azerconnect Group” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- Pensiya alanlara müjdə: ödəniş arta bilər - Vacib detal
- Aqrar sahə neft-qazdan sonra iqtisadiyyatın əsas dayağı olmalıdır
- Zeynəb tarixə düşdü - Son 20 ilin ən yüksək nəticəsi
- Ermənistana 7 vaqon buğda göndəriləcək
- AZAL "Great Place to Work" sertifikatı ilə təltif olundu