Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə istinadən bəzi kütləvi informasiya vasitələrində Rusiyaya ixrac olunan 47.2 ton pomidor və 14 ton çiyələk məhsulunun geri qaytarılması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.
AQTA-dan BUTA.TV-a verlən məlumata görə, qeyd edilən məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri ilə bağlı hər hansı nöqsan müəyyən olunmayıb.
“Uyğunsuzluq məhsulların etiket məlumatları ilə bağlı olub. Məhsul partiyaları geri qaytarıldıqdan sonra çiyələklə bağlı etiket məlumatlarındakı uyğunsuzluq aradan qaldırılaraq məhsullar iyulun 24-də yenidən Rusiyaya ixrac edilib. Pomidor məhsulu isə sahibkarlıq subyekti tərəfindən etiket məlumatlarındakı uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra yenidən Rusiyaya ixracı həyata keçiriləcək", - məlumatda bildirilib.
- Bu məlumatları heç kimlə paylaşmayın! - DİN
- Eks-idarə rəisi ilk iclasda həbs edildi
- Onlar vizadan qarşılıqlı azad edəcək
- Başçı müavini vəzifəsindən azad edildi - Sərəncam
- “Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm”
- İsmayıllıda 5 yaşlı uşaq hovuzda boğuldu
- Milli Məclisin iclası başladı
- Bakıda qadın dənizdə boğuldu