Bakıda və Abşeron yarımadasında iyulun 28-də cənub küləyinin 15-20 m/s, 29-dan 30-u səhərədək isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 29-u günün birinci yarısında yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, iyulun 29-da havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enərək, 25-28° isti olacaq.
Azərbaycanın rayonlarında iyulun 28-dən 30-u gündüzədək bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.
Gəncədə yasda kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.
- Bu məlumatları heç kimlə paylaşmayın! - DİN
- Eks-idarə rəisi ilk iclasda həbs edildi
- Onlar vizadan qarşılıqlı azad edəcək
- Başçı müavini vəzifəsindən azad edildi - Sərəncam
- “Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm”
- İsmayıllıda 5 yaşlı uşaq hovuzda boğuldu
- Milli Məclisin iclası başladı
- Bakıda qadın dənizdə boğuldu