Bu ilin sonuna işğaldan azad olunan ərazilərin bərpası üçün sərf edilən vəsaitin həcmi 12 milyard manata çatacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
Emin Hüseynov vurğulayıb ki, işğaldan azad olunan ərazilərdə böyük kənd təsərrüfatı, iqtisadi və turizm potensialı var və bərpa prosesi başa çatdıqdan sonra bu potensiallardan geniş istifadə olunacaq.
Qeyd edək ki, bu gün Qarabağ Dirçəliş Fondunun (QDF) təşkilatçılığı və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun iştirakı ilə QDF-in donor və tərəfdaşları olan ölkənin aparıcı şirkətlərinin və ictimaiyyətin nümayəndələri arasında görüş keçirilib.
Gəncədə yasda kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
- Bu ayranlarda jeleyəbənzər maddə niyə yaranır?
- “Diplom işimin mövzusu bu idi, 30 səhifəlik təhlil yazmışdım”
- Azad edilmiş ərazilərdə əməyin mühafizəsi üzrə tədbir...
- Sabah 39 dərəcə isti olacaq
- Xanım jurnalistin sözləri Prezidenti güldürdü - Video
- “SocGov 2026” beynəlxalq forumu çərçivəsində müsabiqə...
- Sabiq rəis məhkəmə zalında həbs edildi
- Prezident Qordonun Putinlə bağlı sualına belə cavab verdi - Video