Avqustun 1-dən Türkiyədə əcnəbilər üçün muzeylərə giriş biletinin qiyməti təxminən iki dəfə artırılacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, vətəndaşlar və yaşayış icazəsi olan əcnəbilər üçün bu qiymət artımı keçərli deyil.
Yerli mətbuatın yazdığına görə, qədim Efes şəhərinin xarabalıqlarını ziyarət etmək üçün bir biletin qiyməti 400 lirədən 700 lirəyə (26 dollar), Pamukkale qazıntılarını 700 lirəyə, İstanbuldakı Qalata qalasını 650 lirəyə (24 dollar), Qız qalasını isə 550 lirəyə ziyarət etmək mümkün olacaq. Qərarın nazirliyin tabeliyində olan 350-dən çox muzey və arxeoloji obyektə aid olacağı bildirilir.
- “Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini artırır
- Sabah Məhərrəm ayı bitir
- Rafael Ağayevə ağır itki
- Azərbaycanda dövlət qurumu ləğv edildi
- Prezident jurnalisti görüb avtomobildən düşdü - Video
- Bakıda mağazadan terminal oğurlandı - Anbaan video
- “Azəriqaz” Samuxda payız-qış mövsümünə hazırlığı davam etdirir
- “Belə avtomobillə heç yerə getmərəm”