Nigerdə baş tutan hərbi çevrilişin üçüncü günü Prezident Qvardiyasının komandanı general Əbdürəhman Çiani özünü “Vətənin Müdafiəsi üzrə Milli Şuranın prezidenti” elan edib.
BUTA.TV xəbər verir ki, general bu barədə milli televiziyada çıxışı zamanı deyib.
O, həmçinin çevrilişi ölkədə təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi ilə əsaslandırıb.
Qeyd edək ki, iyulun 26-da Prezident Qvardiyası Nigerdə qiyam qaldıraraq ölkə başçısı Məhəmməd Bazumu həbs edib. Qiyama 2011-ci ildə sabiq prezident Məhəmməd İssufu tərəfindən Prezident Qvardiyasının komandanı təyin edilən ordu generalı Əbdürəhman Çiani rəhbərlik edib.
- “Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini artırır
- Sabah Məhərrəm ayı bitir
- Rafael Ağayevə ağır itki
- Azərbaycanda dövlət qurumu ləğv edildi
- Prezident jurnalisti görüb avtomobildən düşdü - Video
- Bakıda mağazadan terminal oğurlandı - Anbaan video
- “Azəriqaz” Samuxda payız-qış mövsümünə hazırlığı davam etdirir
- “Belə avtomobillə heç yerə getmərəm”