30 il ərzində Azərbaycan ərazilərinin işğalına göz yuman bir sıra ölkələrin və beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli bəyanatlar verməsi qəbuledilməzdir.
BUTA.TV xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin bölgədəki son vəziyyətə dair bəyanatında əksini tapıb.
Qeyd olunub ki, həmin ölkələr və beynəlxalq təşkilatlar son üç il ərzində Azərbaycan ərazilərində erməni silahlı qüvvələrinin mövcudluğuna, Ermənistanın kommunikasiyaların açılmasına maneçilik törətməsinə də etinasız yanaşıblar:
“Ermənistanın manipulyasiyalarına aldanıb qərəzli bəyanatlar verən ölkələrdən və beynəlxalq təşkilatlardan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi, ölkəmizin daxili işlərinə qarışmamağı və ikili standartlar siyasətinə son qoymağı tələb edirik”.
- “Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini artırır
- Sabah Məhərrəm ayı bitir
- Rafael Ağayevə ağır itki
- Azərbaycanda dövlət qurumu ləğv edildi
- Prezident jurnalisti görüb avtomobildən düşdü - Video
- Bakıda mağazadan terminal oğurlandı - Anbaan video
- “Azəriqaz” Samuxda payız-qış mövsümünə hazırlığı davam etdirir
- “Belə avtomobillə heç yerə getmərəm”