Mən seçkilərdən sonra demək olar ki, bu ifadəni işlətməmişdim. İndi etiraf edirəm. Nəticə etibarı ilə seçkilərdə məğlub olduq.
BUTA.TV xəbər verir ki, bunu İYİ Partiyanın sədri Maral Akşənər deyib.
“Niyə elə oldu? Niyə belə oldu? Davamlı olaraq nələrisə tənqid edirik. Təxminən 8 aydan sonra bələdiyyə seçkiləri baş tutacaq. Təəssüflər olsun ki, müxalifət bu keçmiş çəkişmələrlə baş-başa qalıb. Mən seçkilərdən sonra demək olar ki, bu ifadəni işlətməmişdim. İndi etiraf edirəm. Nəticə etibarı ilə seçkilərdə məğlub olduq. Bu reallıqdır. “Vay, seçicilər niyə bizə səs vermədi” deyərək seçicimizi, sevimli millətimizi sorğu-sual etməklə nəticə əldə edə bilmirik. Mən bunu böyük hörmətsizlik kimi qiymətləndirirəm. Seçici öz qərarını verib. Canı baş üstündə qəbul etmək lazımdır”, - partiya sədri bildirib.
- “Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini artırır
- Sabah Məhərrəm ayı bitir
- Rafael Ağayevə ağır itki
- Azərbaycanda dövlət qurumu ləğv edildi
- Prezident jurnalisti görüb avtomobildən düşdü - Video
- Bakıda mağazadan terminal oğurlandı - Anbaan video
- “Azəriqaz” Samuxda payız-qış mövsümünə hazırlığı davam etdirir
- “Belə avtomobillə heç yerə getmərəm”