Tanınmış amerikalı yazıçı, jurnalist Tomas Qolts (Thomas Goltz) vəfat edib.
Kult.az xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, T.Qolts 1954-cü il oktyabrın 11-də Yaponiyada anadan olub. Azərbaycanın dostu kimi tanınan yazıçı ABŞ-nin Şimali Dakota ştatında böyüyüb, 1985-ci ildə Nyu-York Universitetini Orta Şərq araşdırmaları üzrə magistr ixtisası ilə bitirib.
Yazıçı 15 il müddətində Türkiyə və postsovet ölkələrində jurnalist fəaliyyəti ilə məşğul olub. Bu müddət ərzində yazdığı kitablarda "qaynar" nöqtələrdə baş verən hadisələri təsvir edib. Azərbaycana 1991-cı ildə gələn jurnalistin səfəri ölkədə siyasi böhran, Qarabağ müharibəsi dövrünə təsadüf edib. T.Qolts həmin vaxt Naxçıvanda olan Heydər Əliyevlə görüşüb, eyni zamanda cəbhə bölgəsinə səfər edib. Daha sonra Xocalı faciəsindən bəhs olunan “Azərbaycan Gündəliyi” kitabını yazıb və 1998-ci ildə işıq üzü görüb.
Gəncədə yasda kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
O, bir çox dillərdə, o cümlədən türk, Azərbaycan, alman, rus, ərəb, fars dillərində sərbəst danışır.
2020-ci ildə Azərbaycan və Qafqaz bölgəsində sülhə və barışığa verdiyi töhfəyə görə ADA Universitetinin Fəxri Doktoru adına layiq görülüb.
O, ömrünün son günlərinədək ABŞ-nin Montana ştatının Livinqston şəhərində yaşayıb.
- “Belə avtomobillə heç yerə getmərəm”
- Nə dincəlməyə, nə də bayram etməyə vaxtımız oldu...
- Bu ayranlarda jeleyəbənzər maddə niyə yaranır?
- “Diplom işimin mövzusu bu idi, 30 səhifəlik təhlil yazmışdım”
- Azad edilmiş ərazilərdə əməyin mühafizəsi üzrə tədbir...
- Sabah 39 dərəcə isti olacaq
- Xanım jurnalistin sözləri Prezidenti güldürdü - Video
- “SocGov 2026” beynəlxalq forumu çərçivəsində müsabiqə...