Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) təyin olunan vitse-prezidentlərlə görüş keçirilib.
BUTA.TV-a SOCAR-a istinadən xəbər verir ki, göstərilən yüksək etimada görə Azərbaycan Prezidentinə minnətdarlığını ifadə edən SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf yeni təyinatları münasibətilə vitse-prezidentləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar diləyiblər.
M. Cabbarov ölkə başçısı tərəfindən qarşıya qoyulan tapşırıq və göstərişləri rəhbər tutaraq, bundan sonra da əzmlə çalışmağın vacibliyini vurğulayıb.
Nazir SOCAR-ın Müşahidə Şurasının son iclasında şirkətin idarəetmə strukturunun təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üzrə yeni əməliyyat modelinin təsdiqləndiyini, şirkətin təşkilati strukturunun və daxili proseslərinin inkişaf etdiriləcəyini diqqətə çatdırıb.
M.Cabbarov, eyni zamanda, yeni əməliyyat modelinin SOCAR-da korporativ idarəetmə proseslərinin təkmilləşdirilməsinə, biznesin dayanıqlılığına və korporativ mədəniyyətin növbəti inkişaf mərhələsinə çatdırılmasına xidmət edəcəyini qeyd edib.
SOCAR-ın yeni təyin olunan vitse-prezidentləri çıxışlarında onlara göstərilən yüksək etimada görə, Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.
- ADY-də "SİMA Pay"dan istifadə edənlərin sayı 9 mini ötdü
- Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi
- Hava xəbərdarlığı: leysan olacaq, dolu düşəcək
- Hərbçimiz vəfat etdi
- “Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın” - Prezidentdən Mirşahinə
- “Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini artırır
- Sabah Məhərrəm ayı bitir
- Rafael Ağayevə ağır itki