Xankəndidəki separatçıların keçmiş “tş katibi” Samvel Babayan Birinci Qarabağ müharibəsində azərbaycanlılara qarşı törətdiyi cinayətlərə görə Azərbaycanın hüquq-mühafizə orqanlarının Qarabağ müharibəsi cinayətkarları siyahısında olduğunu deyib.
BUTA.TV xəbər verir ki, o, bu barədə erməni bloger Narek Kirakosyanın Yutub kanalına müsahibəsində danışıb.
“Mən də bu siyahıdayam. Siyahıda başqa kimlərin olduğunu dəqiq bilmirəm. Daha əvvəl də deyirdim ki, Azərbaycan 300-dən çox şəxsi müharibə cinayətlərinə görə axtarışa verib. Bildirirdim ki, qarşılıqlı etimad əldə etmək üçün onlarla danışmaq, dialoq aparmaq lazımdır. Amma bəzi axmaqlar dərhal yazdılar ki, guya mən özümü fikirləşirəm”, - o bildirib.
Qeyd edək ki, Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan separatçı-terrorçu Vaqif Xaçatryan Babayanın sürücüsü olub.
- AQTA-dan bu məhsullarla bağlı çağırış
- Kəlbəcərdə çayda batan azyaşlının - Fotosu
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- “Qadın Dəstək Xətti”nə zənglərin sayı iki dəfə artıb
- ADY-də "SİMA Pay"dan istifadə edənlərin sayı 9 mini ötdü
- Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi
- Hava xəbərdarlığı: leysan olacaq, dolu düşəcək
- Hərbçimiz vəfat etdi