Cinayət işi üzrə kifayət qədər əsaslı şübhələr yarandığından Xaçatryan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırım) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib.
BUTA.TV xəbər verir ki, bu barədə vəkil Seymur Nağıyev məlumat verib.
“Cinayət Məcəlləsinin 103-cü maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsinə görə 14 ildən 20 ilədək müddətə və ya ömürlük azadlıqdan məhrumetmə, 107-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə görə isə 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Hazırkı halda cinayətlərin cəmi qaydasında şəxsə ömürlük azadlıqdan məhrumetmə cəzası məhkəmənin hökmü ilə təyin edilə bilər”, - vəkil bildirib.
Qeyd edək ki, 1991-ci ilin 23 dekabrında Xocalının Meşəli kəndində soyqırım törətməkdə şübhəli bilinən, barəsində axtarış elan edilən Vaqif Xaçatryan 2023-cü il 29 iyulda “Laçın” postundan keçərkən ifşa olunub və saxlanılaraq, Bakıya gətirilib.
Şuşada Prezidentin iştirakı ilə Forum keçirildi - Video-Fotolar-Yenilənib
- Bakı-Şamaxı yolu çökdü - Video
- “Mənə verdiyi suala görə vəzifəsindən azad edilib” - Qusmanı misal çəkdi+Video
- Ukraynanın Baş naziri istefa verdi
- “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz - Qərar
- “Atasına deyir ki, meyitini gətirin, əlimi sürtüm” - Gözdən əlil ananın fəryadı+Video
- TikTok Azərbaycanda 600 minə yaxın videonu sildi
- AQTA-dan bu məhsullarla bağlı çağırış
- Yanan ərazilərdə minalar partlayır