“Nar” 2023-cü ilin ilk yarısında keçirilən sorğular əsasında göstərdiyi xidmətlərlə bağlı müştəri məmnuniyyəti göstəricilərini açıqlayıb.
Günün istənilən saatında xidmətə hazır olan “Nar”ın 777 Çağrı Mərkəzinə son altı ayda 800 000-ə yaxın abunəçi müraciəti daxil olub və orta hesabla onlara 2 dəqiqə ərzində cavab verilib. Ötən illə müqayisədə məmnunluq göstəricisi 2% artaraq 91,4% olub.
“Nar” xidmət mərkəzlərinə cari ilin keçdiyimiz dövründə müxtəlif sorğularla müraciət edən 20 000-dən çox abunəçinin 98%-i mobil operatorun göstərdiyi xidmətlərdən razılıqlarını bildiriblər. Müştərilərin bu xidməti seçməsinin əsas səbəblərindən biri daha rahat xidmət təqdim edən yenilənmiş “Nar” mağazalarının istifadəyə verilməsidir. Bu ilin ilk yarısında yeni standartlara cavab verən 7 “Nar” mağazası təqdim edilib, ilin sonuna qədər isə 12 “Nar” mərkəzi üstün müştəri xidməti üçün hazır vəziyyətə gətiriləcək.
1 milyondan çox abunəçi isə müraciətini “Nar+” tətbiqi vasitəsilə edib. Onların orta hesabla 87,4%-i bu tətbiq üzərindən rahat şəkildə cavab alıblar. Bundan başqa, “Nar”-ın sosial media komandası 40 mindən çox ismarıca operativ reaksiya verib. Müraciətlər daha çox tariflər, internet paketləri və nömrə ilə bağlı əməliyyatlar haqqında olub.
Şuşada Prezidentin iştirakı ilə Forum keçirildi - Video-Fotolar-Yenilənib
Müştəri təcrübəsinin hər zaman yüksəldilməsinə diqqət yetirən “Nar” davamlı olaraq abunəçilər üçün daha rahat istifadəyə yönəlik təkmilləşdirmələr aparır.
Nar hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. Nar son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
- Bakı-Şamaxı yolu çökdü - Video
- “Mənə verdiyi suala görə vəzifəsindən azad edilib” - Qusmanı misal çəkdi+Video
- Ukraynanın Baş naziri istefa verdi
- “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz - Qərar
- “Atasına deyir ki, meyitini gətirin, əlimi sürtüm” - Gözdən əlil ananın fəryadı+Video
- TikTok Azərbaycanda 600 minə yaxın videonu sildi
- AQTA-dan bu məhsullarla bağlı çağırış
- Yanan ərazilərdə minalar partlayır