CityNet müştərilər üçün əlverişli 1+1 kampaniyasına start verdi. Artıq CityNet xidmətlərinə yeni qoşulan və mövcud tariflərdən birini seçən müştərilər birinci ayın abunə haqqını ödəyərək ikinci ay seçilmiş tarifdən pulsuz istifadə edəcəklər. Kampaniyadan www.citynet.az veb saytı vasitəsilə xidmətlərə qoşulmaqla yararlanmaq mümkündür.
Yeni müştərilər şirkətin veb saytında müvafiq məlumatları daxil etməklə üç tarif paketindən birini seçərək qoşulma sorğusu göndərə və kampaniyadan yararlana bilərlər. Birinci tarif paketində 40 mbit/s sürətli internet sadəcə 17.99 AZN-ə təqdim edilir. Həm internet, həm də TV xidmətini əhatə edən ikinci tarif paketində 50 mbit/s sürətli internet və 240 TV kanal birlikdə istifadəçilərə sadəcə 27.99 AZN-ə təqdim olunur. Vahid paketdə olan üç xidmət - 100 mbit/s internet, 240 TV kanal və ev telefonu xətti xidməti isə CityNet tərəfindən abunəçilərə sadəcə 37.99 AZN-ə təqdim olunur.
CityNet-dən 1+1 kampaniyası məhdud müddətdə qüvvədə olmaqla yeni qoşulan abunəçilərə şamil olunacaqdır. Bu səbəbdən internet provayder müştərilərini bu əlverişli kampaniyadan yararlanmağa çağırır.
Kampaniya CityNet xidmətlərinin aktiv olduğu bütün ərazilərə və həm FTTB, həm də GPON texnologiyası ilə xidmətlərə qoşulan abunəçilərə şamil edilir.
Şuşada Prezidentin iştirakı ilə Forum keçirildi - Video-Fotolar-Yenilənib
CityNet yüksək sürətli sabit internet, ev telefonu xətti və rəqəmsal TV (40 HD kanal olmaqla, 240-dan çox TV kanal) xidmətləri təqdim edən və daim inkişaf edən internet provayderidir. Quraşdırılma xidməti abunəçilərə 24 saat ərzində təqdim edilir.
CityNet-ə yeni qoşulan abunəçilərə istifadə müddətində yeni nəsil TV Box və WiFi ruter cihazı da pulsuz verilir. Qoşulma şərtləri, yeni və mövcud tariflər, kampaniyalar, texniki dəstək, xidmətin hər hansı ünvanda mövcudluğu ilə bağlı şirkətin www.citynet.az veb saytında ətraflı məlumat əldə etmək mümkündür.
- Bakı-Şamaxı yolu çökdü - Video
- “Mənə verdiyi suala görə vəzifəsindən azad edilib” - Qusmanı misal çəkdi+Video
- Ukraynanın Baş naziri istefa verdi
- “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz - Qərar
- “Atasına deyir ki, meyitini gətirin, əlimi sürtüm” - Gözdən əlil ananın fəryadı+Video
- TikTok Azərbaycanda 600 minə yaxın videonu sildi
- AQTA-dan bu məhsullarla bağlı çağırış
- Yanan ərazilərdə minalar partlayır