İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində daşqınlar nəticəsində azı 400 nəfər zərər çəkib.
BUTA.TV xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.
Bildirilir ki, ştatın cənub-qərbində 15 xilasetmə qrupu zərərçəkənlərə yardım edib. 300-dən çox insan Qızıl Aypara Cəmiyyətinin çadırlarına yerləşdirilib, zərərçəkənlərə lazımi yardım göstərilib. Onlara ərzaq bağlamaları, isti paltarlar və ilkin tələbat malları verilib.
Sistan və Bəlucistan əyalətinin mərkəzi bölgəsinin başçısı bildirib ki, leysan yağışları nəticəsində bir çox infrastruktur obyektləri, o cümlədən kənd təsərrüfatı obyektləri zədələnib.
Şuşada Prezidentin iştirakı ilə Forum keçirildi - Video-Fotolar-Yenilənib
- ABŞ İrana yenidən hücuma başladı
- Bakı-Şamaxı yolu çökdü - Video
- “Mənə verdiyi suala görə vəzifəsindən azad edilib” - Qusmanı misal çəkdi+Video
- Ukraynanın Baş naziri istefa verdi
- “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz - Qərar
- “Atasına deyir ki, meyitini gətirin, əlimi sürtüm” - Gözdən əlil ananın fəryadı+Video
- TikTok Azərbaycanda 600 minə yaxın videonu sildi
- AQTA-dan bu məhsullarla bağlı çağırış