Krımda və ümumlikdə müharibədəki uğursuzluqların fonunda Rusiyanın nüfuzlu media nümayəndələri ilə hərbi müxbirləri arasında mübahisələr yaranıb. Bu mübahisələr Kremli daha həssas vəziyyətə salıb. Moskva çaxnaşmanı cilovlamağa çalışır.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Bu mübahisələr hərbi müxbirlərin daxilindəki bölünmə xətlərini daha da üzə çıxardı. Xüsusilə, Sevastopol yaxınlığında və Çonqar körpüsündə Ukraynanın son zərbələrinin görüntülərinin internetdə yerləşdirilməsindən sonra baş verən mübahisəni göstərmək olar. Bu cür mübahisə Kiyevin zərbələrinin müharibəyönlü Rusiya informasiya məkanında qıcıqlandırıcı nöqtə olduğunu deməyə əsas verir. Maraqlıdır ki, Ukraynanın iyulun 29-da Çonqar körpüsünə endirdiyi zərbədən sonra rusiyalı hərbi müxbirlərin böyük əksəriyyəti bu barədə heç bir şərh verməyib. Ola bilsin ki, Rusiya hərbi komandanlığı hərbi müxbirlərə uğursuzluqlar barədə susmağı tapşırıb”, - məlumatda qeyd olunub.
- Lisey və gimnaziyalara müraciət müddəti uzadıldı
- Bakı-Şamaxı yolunun bir hissəsi çökdü - Video
- İlham Əliyev həmkarını Şuşada qarşıladı - Fotolar
- “Bizi “sıfır nöqtəsinə” geri sürükləməyə çalışırlar”
- 11 yaşlı oğlan çayda boğulub öldü
- “Hamı onun dəhşətli qumarbaz olduğunu bilirdi, gəlin, onu lənətləyək”
- Müharibə nə vaxt bitəcək? - Trampdan cavab
- Həmin epizoda görə ölümlə təhdid edilir - Fotolar