Səudiyyə Ərəbistanında baş tutan Ukrayna üzrə məsləhətləşmələrin iştirakçıları ölkənin ərazi bütövlüyünü dəstəkləyiblər.
BUTA.TV xəbər verir ki, bu barədə “Faynənşl Tayms” (FT) qəzeti məlumat yayıb.
Qəzet yazır ki, Ciddə danışıqlarının iştirakçıları Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmətin istənilən dinc nizamlanmanın mərkəzində dayanması ideyasına geniş dəstək ifadə ediblər.
Bundan əlavə, nəşr məsləhətləşmələrdə ilk dəfə iştirak edən Çinin nizamlanma məsələsində konstruktiv mövqe nümayiş etdirdiyini qeyd edib.
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
Qeyd edək ki, Avqustun 5-6-da Ciddədə Ukraynadakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı məsləhətləşmələr keçirilib. Tədbirdə 30-dan çox dövlətin, o cümlədən Braziliya, Böyük Britaniya, Hindistan, Çin, ABŞ, Türkiyə, Cənubi Afrika Respublikasının, eləcə də Aİ ölkələrinin nümayəndələri iştirak ediblər.
- Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
- Baş nazir qərar imzaladı
- “Azəridad”da tüklü toyuqlardan kolbasa hazırlayırmışlar - Fotolar
- Musa Şəkiliyevin həbs müddəti uzadıldı
- Qalmaqallı videoçarx silindi
- İran nüvə bombası hazırlamalıdır - Ərdastani
- Musa Şəkiliyevin işində 13 ay bitdi - Yeni qərar
- Nazirlik növbəti dəfə qalib oldu