Azərbaycanın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında olan Xankəndi şəhərində fəaliyyət göstərməyə çalışan separatçı-terrorçuların başçısı Araik Arutyunyan “Bakı ilə dialoq” məsələsindən danışıb.
BUTA.TV xəbər verir ki, Araik Qərbin “üçüncü ölkədə” belə bir “dialoq” keçirməklə bağlı təklif verdiyini iddia edib.
O bildirib ki, bu təklifi qəbul ediblər, çünki “beynəlxalq formata” yaxın olub:
“Ancaq Bakı belə bir formatdan imtina etdi. Bakının imtinasından sonra bu məsələ havadan asılı qalıb”.
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
Onun sözlərinə görə, Qərb bu görüşdə hər hansı gündəm müəyyən etməyib. Belə ki, Qərb görüşü təşkil edir, müzakirə mövzusunu isə görüş iştirakçılarına buraxır.
Qeyd edək ki, Azərbaycan hər hansı formada “Xankəndi ilə dialoq” adı verilən, Xankəndidəki bir ovuc terrorçunu tərəfə çevirməyə hesablanan bütün təkliflərdən imtina edib və Qarabağdakı erməni icmasının məsələsinin daxili işi olduğunu bildirib.
Erməni icmasının nümayəndələrinə isə Yevlaxda inteqrasiya məsələsini müzakirə etmək təklifi verilib.
- İran nüvə bombası hazırlamalıdır - Ərdastani
- Musa Şəkiliyevin işində 13 ay bitdi - Yeni qərar
- Nazirlik növbəti dəfə qalib oldu
- Ağdərədə avtomobil aşdı: ər-arvad öldü
- Zeynəbin axtarışları hələ də davam edir - Video
- Sabah Bakıda güclü külək əsəcək - Xəbərdarlıq
- Abşeronda mühüm tədbir keçirildi - Foto
- 1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video