Avqustun 5-6-da Səudiyyə Ərəbistanında 42 ölkənin milli təhlükəsizlik və xarici siyasət üzrə müşavirləri Ukrayna üçün “dayanıqlı və ədalətli dünya”nın bərpası prinsipləri üzrə sülh sammitinə qatıldı. Yekunda ümumi sənəd imzalanmasa da, bütün iştirakçılar dövlətlərin ərazi bütövlüyü prinsipinə sadiq olduqlarını ifadə etdilər.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Maksim Yali deyib.
Yalinin sözlərinə görə, görüşün Rusiya ilə sıx əlaqələri olan Səudiyyə Ərəbistanında onsuz (Rusiyasız) baş tutması da Ukrayna üçün müsbət məqamdır:
“Çünki region ölkələri Rusiya üçün son dərəcə əhəmiyyətlidir. Belə ki, neft büdcənin, o cümlədən hərbi büdcənin doldurulmasının əsas mənbəyidir.
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
Səudiyyə Ərəbistanının Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörməti nəzərdə tutan planını təqdim etməsi Ukrayna torpaqlarının tamamilə işğaldan çıxarılmasının tərəfdarı olduqlarına dair mühüm mesajdır. Yeganə sual budur ki, onlar hərbi əməliyyatların dərhal dayandırılmasını istəyirlər? Atəşkəs müharibənin sonu deyil. Amma prinsipcə, ilk addım kimi bu, Ukrayna və Ukrayna diplomatiyası üçün vacibdir”.
- Bakıda bu ərazilərdə yol təmiri başa çatdı
- TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edildi
- Trabzon-Bakı reysi ləğv olundu
- 22 yaşlı Rəşad müharibədə həlak oldu
- Tuqay Hüseynov Azərbaycana ekstradasiya olundu
- Azərbaycan bu şəxsi Türkmənistana təhvil verdi
- Xaricdə təhsil adı ilə dələduzluq edib Monteneqroya qaçdı - Azərbaycana qaytarılır
- Bu ödənişlər nağdsız olacaq